İfrat - Ne İse
Описание
Söz, Mus: İfrat Dünyamalıyev
Əsərin adı: "NƏ İSƏ"
Aranjiman: İsmayıl Əlizadə
Rejissor: Sənan Hüseynov
Prodüsser: Elgün Rəhmanlı
Xanım rolunda: Asimə Zeynalzadə
Mahnı sözləri:
(Bənd)
Mən gərək ki tövbəsin edərdim eşqimin,
Yoxluğunla ilk cəzanı verdiyin günü.
Ağrısın inan ki ruhu duymaz heç kimin,
Kor bıçaq kimi ürəyimə girdiyin günün.
Mən kasıb biri xəyallar, arzular baha,
Zillənib ümidlərim ovcumda Allaha,
Göz yaşım heyifdi gözlərim durun bir az,
Mən ölən çiçəklərə su vermirəm daha.
(Nəqarət)
Nəyisə sanki axtarır bu ürək
Nəyisə tapmayır bu bədən,
Sənə sarılmağın dadın təlafi edən.
Nəyisə sanki gizlədir bu gülüş
Kimisə gözləyir bu baxış
Gəlib o ağlama desin kaş ağlamamış.
(Bənd)
Hər könüldə bir məhəbbət iz qoyar gülüm,
Ayrılan da ayrılanda üz qoyar gülüm,
Gizli tutmasan inan ki xoşbəxtliyini,
Ən yaxınlar ən yaxında göz qoyar gülüm.
Heç üzülmə ayrılıq mənimlə baş qatır
Siz tərəfdə çox güman ki indi gün batır
Sən xəyalən hər gecə yanındasan deyə
Sevdiyin yatanda bir qolu açıq yatır.
(Nəqarət)
Nəyisə sanki axtarır bu ürək
Nəyisə tapmayır bu bədən,
Sənə sarılmağın dadın təlafi edən.
Nəyisə sanki gizlədir bu gülüş
Kimisə gözləyir bu baxış
Gəlib o ağlama desin kaş ağlamamış.
Kanalda yayımlanan bütün audio və video məzmunların müəllif hüquqları "NK Media" şirkətinə məxsusdur. Nüsxələnməsi və təkrar yayımı qəti qadağandır!
Авторские права на весь аудио- и видеоконтент, транслируемый на канале, принадлежат компании «NK Media». Копирование и распространение строго запрещено!
The copyright of all audio and video content broadcast on the channel belongs to the "NK Media" company. Copying and rebroadcasting is strictly prohibited!
Business Contact: rutube@nkmedia.az
© NK Media
℗ NK Media
Рекомендуемые видео



















