Город МОСКОВСКИЙ
00:04:06

Novruz bayramı - Azərbaycan xalqının qəlbinin bayramı.

Аватар
Звездный и фантастический
Просмотры:
226
Дата загрузки:
16.05.2024 14:22
Длительность:
00:04:06
Категория:
Лайфстайл

Описание

Bütün bayramlar içərisində millətimiz üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən Sevimli bayram Novruzdur. Bu bayram Azərbaycan xalqının
qəlbinin bayramıdır.

Heydər ƏLİYEV
ümummilli lider!

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini ehtiva edən mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu, milli bir bayramdır. Tarixi inkişaf boyunca baxdıqda isə onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, İranda, Türkiyədə və Orta Asiya ölkələrində Novruz yazın gəlişini rəmzləşdirən Bahar bayramı kimi qeyd olunmaqdadır. BMT Novruza beynəlxalq bayram statusu vermiş, Novruz UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir.

Novruz bayramı mərasim­lərinin əsasında türk xalqlarının əski mifoloji ritualları dayanır. Bu hal dünya xalqlarının bir çox müasir mərasimlərində müşahidə edilir.

Рекомендуемые видео